Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar helikopter qəzasına görə Azərbaycan xalqına başsağlığı verib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Feysbuk sərhifəsində yazıb.
“Təlim uçuşu zamanı qardaş ölkə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində 14 hərbçinin şəhid olmasını böyük kədər hissi ilə öyrəndim. Bu faciəli qəzada həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, kədərli ailələrinə və Can Azərbaycan xalqına öz adımdan və dövlətim adından başsağlığı verirəm və səbr diləyirəm”, - Şimali Kipr lideri bildirib.