3 Dekabr 2021 13:39
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar Xidmətin 17 saylı cəzaçəkmə müəssisəsindən amnistiya şamil edilən 49 nəfər azad edilib.

Teleqraf.com xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Aynur Sabitova deyib.

Onun sözlərinə görə, bu müəssisədən ümumilikdə 500-dən çox məhkuma amnistiya tətbiq edilməsi nəzərdə tutulur.

Hazırda 15 məhkumun sənədləri prokurorluqdan müəssisəsəyə təqdim olunub və onlar azadlığa buraxılacaq. Digər məhkumların da sənədləri gün ərzində hazırlanacaq və onlar sərbəst buraxılacaq. Bu günə kimi 74 məhkum azad edilib.

Qohumunu qarşılamağa gələn Əli Abdullayev bildirib ki, amnistiya aktı ilə azadlığa buraxılan qardaş oğluna qarşılamağa gəlib: "Bizim üçün bu gündən gözəl gün ola bilməz. Məhkumlar öz ailələrinə qovuşurlar. Ali Baş Komandan, prezidentimiz çox sağ olsun, valideynlər adından prezidentimizə minnətdarlığımızı bildirirəm. Hər kəsi təbrik edirəm".

Qeyd edək ki, Zəfər gününün birinci ildönümü ərəfəsində "8 Noyabr -Zəfər Günü Münasibəti ilə amnistiya elan edilməsi haqqında" qərarın icrası çərçivəsində dekabrın 1-nə 1787 nəfər məhkum haqqında amnistiya aktı tətbiq edilib.

5 noyabr tarixindən başlayan amnistiya 4 ay müddətində davam etdiriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər