8 Dekabr 2021 22:05
2 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Tərəflər Qarabağla bağlı məsələlərin geniş spektrini müzakirə edib, ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində hərtərəfli və uzunmüddətli həllinin vacibliyi vurğulanıb.

Nazirlər 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin icrasının gedişatı barədə fikir mübadiləsi aparıblar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər