19 Dekabr 2021 16:42
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin təyinatı məsələsi artıq icra olunub. Bu məsələ ilk əvvəl Türkiyə Böyük Millət Məclisində qaldırılmışdı. Bu gün azərbaycanlı həmkarım Ceyhun Bayramovla da bunu müzakirə etdik".

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra mətbuata açıqlamasında deyib.

Nazir bildirib ki, Türkiyənin bölgədə atdığı bütün addımlarda Azərbaycanla birgə məsləhətləşmələr aparılır və birgə qərarlar verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər