Dağıstanda COVID-19 infeksiyasının omikron ştammı aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rospotrebnadzor”un Dağıstan idarəsinin rəhbəri Nikolay Pavlov bildirib.
“Bizdə risk ona görə çox yüksəkdir ki, yeni omikron ştammı bütün Avropaya yayılır və artıq onun respublika ərazisinə nüfuz etməsi halları var. Xəstələrin təcrid olunması da daxil olmaqla müəyyən işlər görülür”, - N.Pavlov deyib.
İdarə rəhbəri region bələdiyyələrinin rəhbərlərini əhalinin peyvəndləməsi ilə bağlı işləri gücləndirməyə, eləcə də əhalinin testlərlə əhatə olunmasını artırmağa çağırıb.