Fransanın Azərbaycandakı səfirliyi Azərbaycan xalqını Yeni il bayramı münasibətilə təbrik edib.
Teleqraf.com xəbər verir ki, diplomatik nümayəndəlik bayram münasibətilə tviterdə videoçarx paylaşıb.
Videoda səfirliyin əməkdaşları, həmçinin səfir Zakaria Qross çıxış edib, təbriklərini çatdırıblar.
“Əziz dostlar, sizə dinc və xoşbəxt 2022-ci il arzu edirəm. Fransa regionda sülh və rifahın qurulmasında sizin yanınızda olacaq”, - diplomat bildirib.
* * *
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycan xalqını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, səfir təbrik mətnini tviterdə paylaşıb.
“31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü səmimi qəlbdən təbrik edir yeni ilin xoşbəxt arzularla sülh və əmin-amanlıq gətirməsini diləyirik”, - səfir qeyd edib.