9 Yanvar 2022 16:06
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə və Türk Dövlətləri Təşkilatı olaraq Qazaxıstanda tezliklə sabitliyin, dincliyin, sülhün bərqərar olması üçün hər cür dəstəyi verəcəyik. Türk dünyasının dərdi bizim dərdimizdir. Bütün dünya bunu Qarabağ zəfərində gördü”.

Teleqraf.com xəbər verir ki, bunları Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, qeyd edib ki, Türkiyənin xarici siyasətdə özünəməxsus yeri var:

“Biz hər hansı yerdə yaşayan soydaş və qohum birliklərinin dərdini öz dərdimiz kimi görürük. Türk dünyasının gələcəyi bizim qayğımızdır. Bu baxımdan Qazaxıstanda baş verən hadisələrdən kədərlənir, prosesləri yaxından təqib edirik”.

Mövlud Çavuşoğlu qeyd edib ki, Türk Dövlətləri Təşkilatının rəsmilər Qazaxıstanla bağlı danışıqlar aparıb. Yanvarın 10-da xarici işlər nazirlərinin toplantısı keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər