Pakistanda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Rəşad Mahmud və müdafiə naziri Xavaca Məhəmməd Asif ilə görüşlər keçirib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşlərdə qarşılıqlı əməkdaşlıq və regional təhlükəsizlik məsələləri haqqında fikir mübadiləsi aparılıb. Tərəflər hər iki ölkənin Silahlı Qüvvələri arasında qarşılıqlı səmərəli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bu gün isə Z.Həsənovla Pakistan İslam Respublikasının Prezidenti Məmnun Husseyn arasında görüşün keçirilməsi gözlənilir.
BƏXTİYAR