20 Yanvar 2022 08:25
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, səfirliyin feysbukdakı səhifəsində Azərbaycan xalqına başsağlığı verilib:

“Ümumxalq hüzn günü - 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq, Qazaxıstan Səfirliyi qardaş Azərbaycan xalqına səmimi qəlbdən və dərin hüznlə başsağlığı verir və müstəqillik, azadlıq və ədalət uğrunda həlak olmuş ölkə vətəndaşlarının əziz xatirəsini ehtiramla yad edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər