20 Yanvar 2022 17:41
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarından etibarən Azərbaycan xalqı Şəhidlər xiyabanına üz tutaraq 1990-cı il 20 Yanvar hadisələri zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının məzarlarını ziyarət edir.

Teleqraf.com-un məlumatına görə, şəhidlərimizi anan ziyarətçilər onların məzarı önünə gül dəstələri düzür, ruhuna dualar oxuyurlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Əməkdaşımız Ayxan Malikovun Şəhidlər xiyabanından hazırladığı videoreportajı təqdim edirik:


Müəllif: Teleqraf.com