20 Noyabr 2014 05:34
545

Avropa Parlamentinin Böyük Britaniyadan olan deputatı Əmcad Bəşir “eunews.az” portalının “Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlimlər keçirməsinə Avropa İttifaqının mövqeyi necə olmalıdır?” sualına cavabında bildirib ki, Avropa İttifaqı bununla bağlı mövqe bildirməlidir.

O vurğulayıb ki, sərhədlərin dəyişdirilməsi, xüsusilə də güc tətbiq etməklə dəyişdirilməsi yolverilməzdir.Ə.Bəşir deyib: “Biz Azərbaycanın ərazi bütövlüyünün pozulmasını, torpaqlarının bir hissəsinin güc yolu ilə ilhaq edilməsini niyə qınamamalıyıq? Belə olmaz”.

Avropa Parlamentinin deputatı Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu qeyd edib.


Müəllif:
Загрузка...