6 Fevral 2022 11:23
897
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz Azərbaycanla strateji əlaqələrimizi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!

Teleqraf.com xəbər verir ki, bu fikirlər Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş paylaşımda yer alıb.

"Bu gün Azərbaycanla Ukrayna arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik.

Hər iki dövlət yaxşı dost və strateji tərəfdaş olaraq qalır. Biz strateji əlaqələrimizi və ikitərəfli qarşılıqlı faydalı əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!", - paylaşımda bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər