21 Noyabr 2014 12:05
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransadakı səfirliyi Fransa hökumətinə rəsmi etiraz bildirib.

Teleqraf.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.

XİN rəsmisinin sözlərinə görə, etiraza səbəb Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye ilə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Narine Aqabalyan arasında “dostluq bəyannaməsi” imzalamasıdır.

H.Hacıyev bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Azərbaycan və Fransa arasında dostluq və əməkdaşlıq münasibətləri var. Fransa bizim Avropadakı əsas tərəfdaşlarımızdan biridir. Lakin çox təəssüf ki, erməni diasporu və onların tərəfdarları iki ölkə arasında dostluq münasibətlərinə kölgə salmağa çalışırlar. Sözügedən “dostluq bəyannaməsi” də bu cür addımlardandır".


Müəllif:

Oxşar xəbərlər