21 Noyabr 2014 18:31
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Çexiyadakı səfiri Fərid Şəfiyev bu ölkədə fəaliyyət göstərən Azərbaycan Tələbə Şəbəkəsi və Praqa Karl Universitetinin Avropa Tədqiqatları İnstitutunun birgə əməkdaşlığı nəticəsində fəlsəfə fakültəsinin tələbələri üçün təşkil olunan “Azərbaycanşünaslıq” kursları çərçivəsində “Azərbaycan XX əsrdə” mövzusunda mühazirə söyləyib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Mühazirədə səfir F.Şəfiyev ölkəmizin müasir tarixi, keçdiyi inkişaf yolu və üzləşdiyi təhdidlər, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi və onun ağır nəticələri haqqında tələbələrə ətraflı məlumat verib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər