Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağcı Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə açıqlama verib.
Teleqraf.com xəbər verir ki, səfir jurnalistlərə açıqlamasında Ermənistanın Xocalıda törətdiyi genosiddən danışıb.
O bildirib ki, 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə ermənilər Xocalıda vəhşilik törədiblər: “Bu günə qədər də 4000-ə yaxın Azərbaycan vətəndaşı itkin düşüb".
Diplomat qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə işğalda olan torpaqlarını azad edib və bu işdə Türkiyə Azərbaycana siyasi dəstək verib: “Türkiyə Azərbaycanın haqq savaşına dəstək verdi və bu dəstək yenə davam edəcək. Bu gün Azərbaycan-Türkiyə əlaqələri strateji müttəfiqlik səviyyəsindədir".