27 Fevral 2022 12:42
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sanksiyalar indiyə qədər prezident Putini çəkindirməyib, çünki o, öz xalqını və Rusiyanın gələcəyini düşünmür.

Bu sözləri ABŞ Dövlət katibinin müavini Viktoriya Nuland mediaya müsahibəsində deyib.

Nuland təəssüflə qeyd edib ki, bu sanksiyaların təsiri Rusiyanın otuz ildən artıqdır uğurla istifadə etdiyi şeylərdən tamamilə təcrid olunduğu halda gerçəkləşəcək: "Beynəlxalq maliyyələşdirməyə, ticarətə, eləcə də ABŞ, müttəfiq və tərəfdaşlarımız tərəfindən təmin edilən yüksək texnologiyalara çıxış qapadılacaq.

Prezident Putin öz davranışları və ölkəsini bu cür sanksiyalara məruz qoymaqla Rusiyanı yenidən təcrid və qaranlıq dövrlərə sürükləyir, var qüvvəsilə çalışır ki, Rusiya bütün dünya ilə texnoloji və ticarət inteqrasiyasından faydalana bilməsin.

Bu, Ukrayna üçün faciədir, dünya nizamı üçün faciədir, ancaq öz gələcəyini Putinin imperialist ambisiyalarına qurban vermək baxımından Rusiya xalqı üçün də faciədir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər