27 Fevral 2022 19:38
2 447
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycandan Ukrayna üçün humanitar yardım aparan ikinci təyyarə yola salınır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi tərəfindən Ukraynaya humanitar yardım məqsədilə təcili və təxirəsalınmaz hallarda tibbi yardımın göstərilməsi üçün dərman preparatları və tibbi avadanlıqlar göndərilir. Bu gün səhər saatlarında tibbi vasitələrin yükləndiyi ilk təyyarə yola düşüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər