2 Mart 2022 14:51
1 689
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən Kiyevdə yaşayıram. Müharibə səbəbilə Odessa şəhərinə gəldik, yaxında bir kənddə ev tutduq. Hazırda qaldığımız yer atışmalardan kənardır, sakitlikdir. Kiyevdə isə vəziyyət gərgindir”.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Ukraynada yaşayan həmyerlimiz Faiq Yusubov deyib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələrin təxliyə edilməsi üçün səfirliyə müraciət etsələr də, zəngləri cavabsız qalır: “Özüm Azərbaycan vətəndaşıyam. Qayıtmaq üçün səfirliyə müraciət etməmişəm. Hələ ki, buradan çıxmaq fikrim yoxdur.Tələbələr müraciət edirlər, lakin onların zənglərinə cavab vermirlər. Eşitdiyimə görə, səfirlik tələbələrə deyib ki, bir yer var, ora öz maşınınızla gəlin, təxliyə edək. Axı tələbələrin maşını yoxdur, o ünvana necə gəlsinlər?”

Ölkədəki ab-havadan danışan həmyerlimiz bildirib ki, gərgin müharibə davam etsə də, hamı bir-birinə dəstək olmağa çalışır: “Bu gün Ukraynada yaşayan ruslar belə müharibənin bitəmisini istəyirlər, Ukraynaya dəstək olurlar. Ukrayna prezidentinin nümayiş etdirdiyi mövqeyinə görə ona rəğbətim artdı. Xalqın arasındadır, əhalinin böyük qismi də prezidenti dəstəkləyir. Dövlət ehtiyacı olan əhaliyə hissə-hissə yardımlar edilir.

Eyni zamanda, Azərbaycan restoranları əsgərlərə, həkimlərə pulsuz yemək paylayırlar. Biz azərbaycanlı tələbələr üçün Odessada ev kirayələdik, evi pulsuz verdilər.

Çalışırıq ki, tələbələrimizə burada kömək edək. Amma hamıya yardım etməyə fiziki və maddi imkanımız yoxdur. İstəyimiz tələbələr, ailəli, uşaqlı insanlara yardım göstərilməsidir”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər