5 Mart 2022 14:55
1 513
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanın Ermənistana sülh təklifi etməsini dəstəkləyirik. Ümid edirik ki, Ermənistan da buna qarşılıq verəcək”.

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanın xarici işlər naziri ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Biz Ermənistanla münasibətlərdə də Azərbaycanla birgə hərəkət edirik. Əsas hədəfimiz Zəngəzur dəhlizi başda olmaqla digər məsələlərin həll olunmasıdır“, - deyə o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər