Ölkədə sələfi təriqətinə məxsus şəxslərə xidmət edən saytların sayı artmaqdadır.
Axar.az xəbər verir ki, məhz bu saytlar vasitəsi ilə dünyada və ölkədə baş verən hadisələr təriqət üzvlərinə çatdırılır.
Qısa araşdırma zamanı məlum oldu ki, sözügedən saytların konkret yerləşdiyi məkan yoxdur. Saytda ünvan, telefon göstərilmir, sanki gizli fəaliyyət göstərirlər.
Bu saytlara nəzər yetirilən zaman məlum olur ki, məqsəd internet vasitəsi ilə təbliğat işlərinin aparılması, şəbəkə arasında rabitənin yaradılması və sələfi ideologiyasını yaymaqdır. Eyni zamanda, digər maraqlı məqam sələfilərə məxsus olduğu bilinən saytların Azərbaycanda və Azərbaycan dilində fəaliyyət göstərməsinə baxmayaraq, Rusiya domenlərindən istifadə edilməsidir.
Həmin saytların bəzilərinin siyahısını təqdim edirik: