7 Aprel 2014 11:17
3 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş Qəbələ RLS-in əmlakı və ərazisi Azərbaycan Silahlı Qüvvələrinin balansına yox, Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub.

Bununla bağlı Trend-in sorğusuna cavab olaraq Müdafiə Nazirlyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş"in 9 dekabr 2012-ci il tarixindən qüvvədən düşməsi ilə bağlı Rusiya Federasiyası tərəfindən stansiyanın istismarının 10 dekabr 2012-ci il tarixindən etibarən dayandırılması barədə Azərbaycan tərəfinə Nota təqdim edilib. Stansiyanın fəaliyyəti həmin tarixdən tam dayandırılıb:

"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 dekabr 2012-ci il tarixli sərəncamı ilə Qəbələ radiolokasiya stansiyasının (RLS "Daryal") bağlanılması ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üzrə Komissiyanın tərkibi müəyyən edilib və aidiyyətli dövlət orqanları bu Komissiyanın işindən irəli gələn vəzifələrin həyata keçirilməsi ilə bağlı məsələləri həll ediblər.

Qəbələ RLS-in təhvil-təslimi üçün yaradılmış dövlət komissiyası qarşıya qoyulan bütün məsələləri tam başa çatdırıb. Keçmiş Qəbələ RLS-in əmlakının və ərazisinin gələcəkdə istifadəsi Nazirlər Kabinetinin qərarı ilə müvafiq qurumlara həvalə olunub".


Müəllif: