Ukraynanın hədsiz dəstəyə ehtiyacı var. Amma Alyans bizə təyyarələrinin, tanklarının 1 faizini belə verməyib”.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının bu gün keçirilən fövqəladə iclasında videokonfrans vasitəsilə çıxış edərkən deyib.
“Müharibə aparan bir ölkə üçün bu, ən pis haldır. Təəssüf ki kömək tələblərimizə cavab verilmədi”, - dövlət başçısı vurğulayıb.
* * *
13:40
Belçikanın paytaxtı Brüssel şəhərində NATO-ya üzv olan ölkələrin dövlət və hökumət başçılarının fövqəladə iclası başlayıb.
Teleqraf.com xəbər verir ki, sammit Alyansın mənzil-qərargahında keçirilir.
Toplantıda ABŞ Prezidenti Cozef Bayden, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron, NATO-nun Baş katibi Yens Stoltenberq və digər liderlər iştirak edirlər.
Liderlər iclasdan əvvəl ailə fotosu çəkdiriblər.
Sammit Rusiya-Ukrayna müharibəsinə həsr olunub.