29 Mart 2022 20:48
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Spravedlivaya Rossiya” partiyasının rəyasət heyətinin katibi, Rusiya Dövlət Dumasının III-VII çağırış deputatı Oleq Şein partiyadaşı Mixail Delyaqinin Azərbaycanın ünvanına Rusiyanın dövlət telekanallarında səsləndirdiyi təhqir və təhdidlərlə bağlı Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun adına məktub ünvanlanyıb.

Səfirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, məktubda Oleq Şein sağlam düşüncəsini itirməmiş Rusiya vətəndaşları adından həmpartiyalısı, Dövlət Dumasının deputatı Mixail Delyaqinin Rusiya televiziyasında səsləndirdiyi fikirləri ilə bağlı üzr istəyib, soydaşlarının əksər çoxluğunun Azərbaycanı dost ölkə, Azərbaycan xalqını isə mehriban qonşu kimi qəbul etdiklərini vurğulayıb.

Eyni zamanda Oleq Şein təmsil etdiyi partiyanın rəhbərliyinə daxil olan bir şəxs kimi gələcəkdə belə insidentlərin baş verməməsi üçün müvafiq addımlar atdığını da bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər