26 Noyabr 2014 13:17
820
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonu Qaraçuxur qəsəbəsindəki məsciddə yanğın baş verib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər.

Məsciddə yanğının baş verməsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat bu gün saat 02:38-də daxil olub.

İlkin məlumata görə, ümumi ərazisi 300 kv. olan məsciddə 5 kv.m-lik xalça və palaz yanıb.

Hadisə yerinə 3 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın qısa vaxt ərzində söndürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Qaraçuxur məscidinin axundu KİV-ə açıqlamasında deyib ki, 2 naməlum şəxs məscidin şüşələrini sındıraraq qəsdən yanğın törədiblər. Hətta məscidi yandıranlar gözətçiyə güc də tətbiq ediblər. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar 2 nəfər olub.


Müəllif: