7 May 2014 17:54
1 556
12 Punto 14 Punto 16 Punto 18 Punto

11 mayda əvvəlki illərin məzunları 2-ci və 3-cü qrup üzrə imtahan verəcək.

Tələbə qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə bakalavriat səviyyəsinə qəbulla əlaqədar tqdk.gov.az saytında “Abituriyentin imtahana buraxılış vərəqəsi" səhifəsini çap edib.

TQDK-dan Teleqraf.com-a verilən məlumata görə, səhifə mayın11-də 2-ci və 3-cü qrup üzrə əvvəlki illərin məzunları üçün keçirilən imtahana buraxılış vərəqəsinin çap edilməsi üçündür.

TQDK bəyan edir ki, imtahanda iştirakdan əvvəl “Abituriyentin yaddaş kitabçası” ilə tanış olmaq mütləqdir!

NİGAR


Müəllif: Teleqraf.com