27 Noyabr 2014 15:39
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclasında “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirə olunub.

Komitə sədri Ziyafət Əsgərov bu cür sazişlərin artıq bir neçə ölkə ilə bağlandığını deyib. Bildirilib ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bir çox qonşu ölkələrə fövqəladə hallar zamanı yaxından yardım edib.

Qeyd edilib ki, 22 maddədən ibarət qanun layihəsində anlayışlar, prinsiplər, yardımın göstərilməsi qaydası, əməkdaşlığın formaları, dövlətlərin ərazisinə keçmə qaydası, yarana biləcək mübahisələrin həlli və digər məsələlər öz əksini tapıb.

Saziş Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanıb.

İclasda “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi də müzakirə olunub. Müddətsiz bağlanan sazişlərin Azərbaycan tərəfinin xoş məramını bir daha ortaya qoyduğu diqqətə çatdırılıb.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Nemət


Müəllif:

Oxşar xəbərlər