Milli Məslisin (MM) Sosial siyasət komitəsi tərəfindən eynəklərlə bağlı yeni qanun layihəsinin hazırlanmasına başlanılıb. Bunu sözügedən komitənin sədri Hadi Rəcəbli dilə gətirib.
Onun dediyinə görə, ilkin olaraq adıçəkilən qanun layihəsinin “Optika haqqında” adlandırılması nəzərdə tutulsa da, sonradan bu fikirdən daşınılıb:
“Bu sənədin “Eynəklər haqqında” qanun layihəsi adlandırılması gözlənilir. Onu da deyim ki, bu gün ölkə əhalisinin tən yarısı eynəklərdən, gözlüklərdən, linzalardan istifadə edir. Bəzən də həmin eynəklərin, gözlüklərin həkim məsləhəti olmadan və normalardan kənar taxılması bəzi digər xəstəliklərin yaranmasına səbəb olur.
İlk baxışda elə bilirsən ki, bu xəstəlik sinir gərginliyindən, əsəbdən törənib, ancaq sonra məlum olur ki, bunun kökündə eynəklərdən düzgün istifadə edilməməsi dayanır. Ona görə də bu yöndə qanun layihəsinin hazırlanmasına başlamışq və onu ən azı qarşıdan gələn yaz sessiyasının ilkin müzakirələrinə çıxarmağı düşünürük”.
Nemət