8 İyun 2022 20:13
1 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin ən böyük təlimlərindən biri olan “EFES-2022” təlimini izləmək üçün Türkiyəyə gələn Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Görüş zamanı İkitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, xüsusilə hərbi təlim sahəsində əməkdaşlıq və müdafiə sənayesi ilə bağlı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com