9 İyun 2022 22:13
1 322
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisinin rüşvət aldığı iddia edilib.

Teleqraf.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə səs yazıları sosial şəbəkələrdə yayılıb.

Belə ki, polis baş leytenantı Vasif Bəşirlinin pul tələb etdiyi iddia olunur.

Səslənən iddiaya görə, o, kiminləsə əlbir olub və müxtəlif şəxslərdən rüşvət alaraq onları rayon ərazisində işə düzəldəcəyini vəd edib.

Səs yazısında V.Bəşirli əlbir olduğu adamdan 400-500 manat pul tələb edir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, yayılan səs yazısı barədə araşdırma aparılır:

“Bu barədə ətraflı məlumat veriləcək”.


Müəllif: Teleqraf.com