13 İyun 2022 18:54
1 378
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın keçmiş prezidenti Hafizullah Amini iqamətgahına basqın zamanı şəxsən məhv edən Rusiyanın "Alfa" xüsusi təyinatlılarının üzvü Aleksandr Plyusnin dünyasını dəyişib.

Teleqraf.com TASS-a istinadən xəbər verir ki, o, 73 yaşında vəfat etdi.

O, sambo üzrə SSRİ DTK-nın dəfələrlə çempionu olub.

Aleksandr Plyusnin 27 dekabr 1979-cu ildə həyata keçirilən "Fırtına-333" (Əfqanıstan diktatorunun Kabilin kənarındakı sarayına hücum) və "Baykal-79" (Kabildəki strateji obyektlərin ələ keçirilməsi) əməliyyatlarında fəal iştirak edib.

Məhz həmin əməliyyat zamanı Hafizullah Amin öldürülmüşdü.


Müəllif: Teleqraf.com