16 İyun 2022 11:51
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk Qrupunun fəaliyəti de-fakto sıfra bərabər olub. 20 il ərzində əldə edilən sıfır nəticədən sonra görürük ki, ATƏT-in Minsk Qrupunun təqaüdə getmək vaxtıdır.

Teleqraf.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən IX Qlobal Bakı Forumu zamanı deyib.

“Minsk Qrupu artıq fəaliyyət göstərmir və ya fəaliyyətsizdir. Məncə, ən yaxşı yol Minsk Qrupuna əlvida deməkdir. “Təşəkkürlər və əlvida” yox, sadəcə, "əlvida", - Prezident qeyd edib.


Müəllif: Teleqraf.com