16 İyun 2022 18:56
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənə istefa çağrışı etmək absurddur. Mən o işgəncələrin qarşısını alan adamam. Mən olmasam, Allah bilir nələr olacaqdır”.

Teleqraf.com xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında hərbi prokuror Xanlar Vəliyev “Tərtər cinayəti” qurbanlarının yaxınlarının Hərbi Prokurluq qarşısındakı aksiyası və onun istefa tələbinə münasibətində söyləyib.

Xanlar Vəliyevin sözlərinə görə, Hərbi Prokurorluq qarşısına toplaşan şəxslərin bir çoxu məlum işgəncədən zərərçəkənlərin yaxınları olmayıb:

“Biz o adamları qəbul etdik. Məlum oldu ki, onların arasında dövlətə xəyanət ittihamı ilə cəza çəkən şəxslərin yaxınları, həmçinin, qazi adı ala bilməyənlər, hansısa nazirlikdən şikayətçi olanlar var. Bir neçə nəfər də var ki, onların şikayətləri araşdırılır. Bu barədə Baş Prokurorluqdan soruşa bilərsiniz. Çünki, İstintaq Qrupu Baş Prokurorluqda yaradılıb”.


Müəllif: Teleqraf.com