19 İyun 2022 23:59
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda vəfat edən Rusiyanın sabiq dövlət katibi Gennadi Burbulis son müsahibəsini Haqqın.az-a verib.

Teleqraf.com xəbər verir ki, "Rusiyanın SSRİ-nin bərpa etməsi cəhdinə necə yanaşırsınız?" sualına Burbulis belə cavab verib: "Bu sayıqlama və utopiyadır. SSRİ-ni bərpa etmək mümkün deyil!"

Burbulis Sovet İttifaqının dağılmasında xidmətləri olmuş siyasətçidir.

Sovet İttifaqının süqutunu elan edən Sazişdə olan məşhur cümlə -"SSRİ beynəxalq hüququn subyekti və geopolitik reallıq kimi öz movcudluğunu dayandırır" ifadəsi Burbulusə məxsus idi.

Burbulis SSRİ-də Demokratik Hərəkatın koordinatorlarından idi. Azərbaycan Xalq Cəbhəsi ilə Yeltsinin rəhbərlik etdiyi Demokratik Hərəkatın birgə koordinasiyasını Burbulis və Tofiq Qasımov həyata keçirib.

Burbulis Yeltsin Rusiyasının son dərəcə böyük siyasi fiquru idi.


Müəllif: Teleqraf.com