24 İyun 2022 12:16
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarusun paytaxtı Minskdə Azərbaycan, Rusiya və Ermənistan baş prokurorları arasında üçtərəfli görüş keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Rusiya baş prokuroru İqor Krasnovun bir sıra ikitərəfli, o cümlədən Azərbaycan və Ermənistandan olan həmkarları Kamran Əliyev və Artur Davtyanla üçtərəfli görüşləri keçirəcək.

Baş prokurorlar Minskə MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının 32-ci iclasında iştirak etmək üçün gəliblər.


Müəllif: Mənsur Rəğbətoğlu