24 İyun 2022 17:36
1 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Azərbaycanın sülh müqaviləsi ilə bağlı verdiyi təklifləri qəbul edir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Ermənistan sülh gündəmində ardıcıldır. Gələcəkdə sülh müqaviləsinin imzalanması ilə bağlı Azərbaycanın təkliflərində heç nəyi qəbuledilməz hesab etmirik. Bunları öz təkliflərimizlə tamamlamışıq”, - nazir bildirib.

Mirzoyan qeyd edib ki, İrəvan ATƏT-in Minsk qrupunun həmsədrləri vasitəsilə hərtərəfli sülh gündəliyi ilə bağlı təklifini Azərbaycana çatdırıb.

Onun sözlərinə görə, Ermənistan sülh sazişi üzrə məsləhətləşmələrə başlamağa hazırdır.

Mirzoyan bölgədəki nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması və ya açılmasında maraqlı olduğunu da bildirib. Bununla belə o, dəhliz anlayışına qarşı olduqlarını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu