26 İyun 2022 17:55
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Azərbaycandakı Səfirliyi 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan komandanları və ordusunu təbrik edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı səfirlik tviter hesabında paylaşım edib.

Paylaşımda bildirilir ki, iki qonşu ölkənin silahlı qüvvələri arasında müdafiə sahəsində əməkdaşlıq daha da genişlənir. Bu əməkdaşlıq Cənubi Qafqazda və Xəzər dənizində sülh və sabitliyə zəmanət verəcək.


Müəllif: Teleqraf.com