26 İyun 2022 22:55
2 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla niyə 1992-ci ildə sərhədləri bağladıq? Qarabağın işğalına görə. İndi şərtlər dəyişib. Azərbaycan-Türkiyə bir araya gəldi, Qarabağ işğaldan azad olundu, Ermənistanla normallaşma prosesinə başladıq. Azərbaycan və Türkiyənin güc birliyi ilə problem həll olundu.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

"Hazırda Ermənistanla sürətli normallaşma prosesini yaşayırıq. Problemləri həll edərək irəli getmək lazımdır", - o bildirib.

Kalın Səudiyyə Ərəbistanı ilə son yaşananlara da toxunub: "Səudiyyə ilə 3 il ərzində əlaqə qurmadıq. Fələstin xalqına nə zaman hücum olsa, İsrailə səsimizi ucaltdıq və səfirimizi geri çağırdıq. Bütün situasiyalarda təməl prinsip haqq və hüquqa əməl etmək olub".


Müəllif: Teleqraf.com