29 İyun 2022 22:38
1 165
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıtda sərnişini təpiklə vuraraq avtobusdan itələyən sürücü Aqil Kosayev saxlanılıb.

Teleqraf.com “Baku TV”yə istinadən xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsindən bildirilib ki, sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun haqqında araşdırmalar başlanılıb.

Qeyd edək ki, avtobusdan yıxılan sərnişin Sənubər Baxışəliyeva yüngül bədən xəsarətləri alıb.


Müəllif: Teleqraf.com