1 İyul 15:37
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Azərbaycan arasında quru sərhədlərinin bağlanması xəbəri yalandır.

Teleqraf.com xəbər verir ki, bu barədə İran İslam Respublikası səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Quru sərhədlərinin iki ay müddətinə bağlaması ilə bağlı yayılan xəbər təkzib edilib və bildirilib ki, ötən ilin noyabr ayından etibarən İranın bütün quru, hava və dəniz sərhədləri beynəlxalq turistlər və qonşu dövlətlər, xüsusən də İran və Azərbaycan sərhədləri, eləcə də İran və Naxçıvan Muxtar Respublikasının sərhədləri üçün açıqdır.

Qeyd olunub ki,İran İslam Respublikasından beynəlxalq turistlərin və qonşu ölkələrin vətəndaşlarının ölkəyə giriş-çıxışı üçün heç bir məhdudiyyət yoxdur.


Müəllif: Aysel Azad