Oxşar xəbərlər
Sumqayıtda binanın zirzəmisində yanğın olub, bir nəfər xəsarət alıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində ikimərtəbəli inzibati binanın zirzəmisində 12 kv.m sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.
Bina yanğından mühafizə olunub. Yanğın saat 07:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb.