4 İyul 2022 18:55
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonun İcra Hakimiyyəti binasının qarşısında özünə qəsd etmək istəyən Vətən müharibəsi iştirakçısı İlham Həsənov özünə qəsd etmək istəməsinin səbəbləri ilə bağlı Publika.az-a danışıb.

Qazimizin sözlərinə görə, onun əsas istəyi müalicəsinin davam etdirilməsi və əlillik dərəcəsinin təyin olunmasıdır.

"Bakıda, Gəncədə, Qazaxda, Şəmkirdə yatdım.Yəni çox xəstəxanada müalicə almışam. İndi də müalicəyə ehtiyacım var. Əsas istəyim odur ki, sağlamlığım bərpa olunsun və əlilliyim təyin edilsin.

Sağlıq durumumla bağlı nazirliyə sənədlər göndərmişəm. Bu gün özümdən asılı olmadı və bunu elədim. Başımda qıcıqlanma olduğu üçün psixi təsir altında bunu elədim. Özünüz də görürsüz, mən tam danışa bilmirəm. Getdim icra başçısının yanına ki, "Yaşat" Fonduna müraciət etməyimdə kömək etsinlər. Dedilər yoxdur burada, sabah gəl. Soruşdum bəs müavin və ya əvəz edən adam yoxdur, sözümü deyim? Cavab verdilər ki, bizim əlimizdən heç nə gəlmir. Mən də özümdən aslı olmadan pis oldum və benzin töküb özümü yandırmaq istədim"-İ.Həsənov bildirib.

Məlumat üçün qeyd edək ki, İlham Həsənov aprel döyüşlərində iştirak edib. Vətən müharibəsində könüllü olaraq döyüşə gedib. Fizuli, Daşaltı və Şuşanın işğaldan azad edilməsi istiqamətində gedən döyüşlərdə iştirak edib.

Düşmənin atdığı tank mərmisi İlham Həsənovun yaxınlığında partlayıb. Bu zaman o, ağır yaralanıb.

Hazırda nitqində problemlər var.


Müəllif: Teleqraf.com