5 İyul 2022 20:54
992
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TikTok” sosial şəbəkəsi üzərindən bir nəfərin parçaya bükülmüş halda baltaya oxşar əşyanı nümayiş etdirərək insanları hədələdiyini əks etdirən görüntü paylaşılıb.

Teleqraf.com xəbər verir ki, bununla əlaqədar DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov qeyd olunan videonu paylaşan şəxsin 39 yaşlı Roman Məmmədov olduğunu və saxlanıldığını bildirib.

İlkin dindirilmə zamanı R.Məmmədov törətdiyi xuliqanlıq əməlini etiraf edərək bu tip videoları sosial şəbəkələrdə məşhurlaşmaq məqsədilə çəkdiyini, fərdi qaydada təmir-tikinti işləri ilə məşğul olduğunu və uzun müddətdir ki, o da digər ustalar kimi təmir alətləri ilə metrodan istifadə etdiyini bildirib.

"Bu gün insanlar ictimai nəqliyyatdan - avtobuslardan, eləcə də metrodan istifadə edərkən üzərində olan belə təsərrüfat alətləri ilə işə gedib-gəlirlər. Metrodakı müşahidə kameralarına da baxdıqda həmin şəxsin gündəlik olaraq əşyalarının polis əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra metroya daxil olması görünür. Odur ki, belə əşyaların metroya keçirilməsi orada xidmətdə olan polis əməkdaşlarının nəzarətinin zəif olması anlamına gəlməməlidir", - açıqlamada deyilir.

Hazırda faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri həyata keçirilir.


Müəllif: Mənbə/Report