2 Dekabr 2014 11:17
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 4-də Bakı şəhərində Müstəqil Dövlətlər Birliyinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının üzv dövlətlərinin rəhbər şəxslərinin iclası keçiriləcək.

Teleqraf.com-un məlumatına görə iclasda Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Belorus Respublikası Standartlaşdırma üzrə Dövlət Komitəsi, Rusiya Federasiyası Texniki Tənzimləmə və Metrologiya üzrə Federal Agentliyi, Özbəkistan Respublikası Standartlaşdırma, Metrologiya vı Sertifikatlaşdırma Agentliyi, Qazaxıstan Respublikasının İnvestisiyalar və İnkişaf Nazirliyinin Texniki Tənzimləmə və Metrologiya Komitəsi qatılacaq. İştirakçılar arasında habelə Ukrayna Respublikasının “Ukrmetrteststandart” Dövlət Müəssisəsi, Qırğızıstan Respublikası İqtisadiyyat Nazirliyi nəzdində Standartlaşdırma və Metrologiya üzrə Mərkəz, Tacikistan Respublikası Standartlaşdırma, Metrologiya, Sertifikatlaşdırma və Ticarət İnspeksiyası Agentliyinin, həmçinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın Katibliyinin rəhbər şəxsləri və digərləri də olacaq.

İclasda Dövlətlərarası Şuranın 2020-ci ilə qədər inkişaf strategiyası, Müstəqil Dövlətlər Birliyinin iqtisadi inkişaf strategiyası üzrə görüləcək işlər Planının, 2013-2015-ci illər üzrə dövlətlərarası standartlaşdırma üzrə işlər Planının aktuallaşdırılması və reallaşdırılması, keçmiş SSRİ zamanı tətbiq edilən hərbi standartların yenidən baxılması, aktuallaşdırılması və müvafiq təşkilati məsələlər üzrə fikir mübadiləsinin aparılması nəzərdə tutulur.

İlhamə


Müəllif:

Oxşar xəbərlər