9 İyul 2022 12:28
7 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması üçün real şanslar var”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Yunanıstanın “Katmerini” qəzetinə müsahibəsində deyib.

Nazir bildirib ki, 10 noyabr bəyannaməsi və Brüsseldə əldə edilmiş razılaşmalara uyğun olaraq, iki ölkə arasında ümumi münasibətlərin tənzimlənməsi, sərhədin demarkasiyası və təhlükəsizliyi üzrə, habelə regional iqtisadi əlaqələr və nəqliyyat.kommunikasiyanın blokadadan çıxarılması istiqamətlərində dialoq başlayıb.

“Bütün istiqamətlərdə konstruktiv səylər göstərməyə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, - Mirzoyan qeyd edib.

Nazir Ermənistan və Azərbaycan arasında sülhün əldə edilməsinin perspektivinə də toxunub:

“İnanırıq ki, regionda qan tökülməsinə və nifrətə baxmayaraq, Cənubi Qafqazda sülhün bərqərar olması üçün real şans var. Ermənistan dəfələrlə regionda uzunmüddətli sabitliyin bərqərar olmasına və dinc inkişaf erasının başlamasına hazır olduğunu təsdiqləyib”.


Müəllif: Mənsur Rəğbətoğlu