9 İyul 2022 20:56
1 958
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin Azərbaycandaki səfiri Corc Dik Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində israilli idmançıya qalib gələn Səid Mollayi barədə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, səfir İran əsilli idmançı ilə bağlı aşağıdakıları yazıb.

“Səid Mollai iranlı dünya çempionudur. Hökuməti ona israillələrlə yarışmağa icazə vermədiyi üçün ölkəsini tərk edib. Bu gün o, Azərbaycanı təmsil edir. Səid israilli cüdoçu Saqi Muki ilə ilk görüşdən sonra qucaqlaşıb. Kim uddu? Azadlıq!”

Qeyd edək ki, Azərbaycanı təmsil edən Səid Mollayi bu gün Böyük Dəbilqə turnirində finala yüksəlib.

81 kq-da mübarizə aparan idmançı əvvəlcə yunanıstanlı Atanasios Melonelisi mübarizədən kənarlaşdırıb. 1/8 finalda israilli Sagi Mukidən, növbəti raundda isə qırğızıstanlı Azad Musabirovdan güclü olan Mollayi finala gedən yolda Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Nuqzario Tatalaşviliyə qalib gəlib. 30 yaşlı cüdoçu finalda braziliyalı Gilyerme Şmidtlə münasibətlərinə aydınlıq gətirəcək.


Müəllif: Teleqraf.com