13 İyul 2022 17:54
1 150
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqan əsilli məşhur yazıçı Xalid Hüseyninin oğlu Harris Hüseyni cinsiyyətini dəyişib.

Teleqraf.com xəbər verir ki, yazıçı bu barədə "Twitter"də paylaşım edib:

“Bir ata kimi onunla heç vaxt bu qədər fəxr etməmişəm. İndi bir yox, iki gözəl qızım olduğu üçün xoşbəxtəm. Hər addımda onun yanında olacağam. Biz onun arxasında dayanırıq. Onun dünyaya gözəl, müdrik və parlaq qadın kimi daxil olmasını izləmək fərqli bir şeydir. Allah onu qorusun”.


Müəllif: Teleqraf.com