28 İyul 2022 16:49
1 439
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün Azərbaycan ordusununun nüfuzuna xələl gətirən addımlar atılır. Eyni zamanda ayrı-ayrı dövlət qurumlarının, güc strukturlarının nüfuzuna xələl gətirilən böhtan xarakterli məlumatlar yayılır, açıq-aşkar təhqirlər edilir, insan şəxsiyyəti aşağlanır. Buna qarşı da tədbir göürüləndə “5-ci kolon”nun təmsilçiləri, onların himayəçiləri, bəzi dövlətçilik anlayışı, dövlətçilik təfəkkürü olmayan insanlar hərəkətə keçir, mahiyyət etibarı ilə az qala aşağılanan, təhqir olunan adamı belə suçlu çıxarırlar. Bu xaos artıq cəmiyyətdə olan bütün bağları qırmaqdadır”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Elçin Mirzəbəyli sosial şəbəkələrdə və mediada Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirən, vətəndaşlar arasında süni ajiotaj yaradan, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədi ilə həqiqətə uyğun olmayan informasiya yayanlar barədə danışarkən deyib.

“Sosial şəbəkələrdə insanlar çox rahat şəkildə bu və ya digər nüfuzlu şəxsi şərləsin, dövlət adamını, siyasi və ictima xadimi və mədəniyyət-incəsənət nümayəndələrinin ünvanına açıq-aşkar söyüş və təhqirlər səsləndirə bilir və yaxud yazırlar. İnsanlar buna görə cəzalandırmayacaqlarını hətta bəzən müdafiə, himayə olunacaqlarını görüb, daha obyektiv formada özlərinin bu cinayət əməllərini davam etdirirlər. Bu mənada şübhəsiz ki, maarifləndirmə işi aparmaq vacibdir.

Amma maarifləndirmə yalnız bilməyərəkdən səhvlərə yol verən, sosial şəbəkədə şəffaflığa açıq olan insanlara təsir edə bilər. Amma insan məqsədyönlü şəkildə cəmiyyəti aqressiyaya sürükləyirsə, ayrı-ayrı şəxslərin ünvanına “ağam, mənə “kor” deyib, hər gələni “vur” deyib” psixilogiyası ilə hərəkət edirsə, ona maarifləndirməklə təsir edə bilməzsən.

Maarifləndirmə normal sağlam düşüncəli adamlar üçündür. Cinayətkar mahiyyətli psixoloji problemi olan insana maarifləndirmə necə təsir edə bilər!? Belələrinin əgər psixoloji problemləri, yaxud qərəzləri varsa, söhbət konkret cinayət əməllərindən gedirsə, onlara qarşı həyata keçirilən tədbirlər olmalıdır. Bu baxımdan xaosun qarşının alınması üçün dövlətin bütün gücünün bütöv şəkildə nümayiş etdirməsinin tərəfdarıyam. Heç nəyə önəm vermədən...”-, deyə politoloq vurğulayıb.

Politoloq onu da deyib ki, reket mediaya qarşı mübarizədə hüquqi addımlar atılmalıdır: “Bununla bağlı Azərbaycan Respublikasının Media haqqında qanununda vacib mexanizmlər nəzərdə tutulub, eyni zamanda İnzabati Xətalar və Cinayət məcəllələrində müvafiq müddəalar var. Həmin qanunların həyata keçirilməsi istiqamətində istisnasız olaraq güzəştli formada tədbirlər görmək lazımdır.

Bu məsələdə fikir və söz azadlığının bəhanə gətirilməsinə lüzum yoxdur. Çünki söhbət cəmiyyətin dəyərlərindən və ayrı-ayrı insanların hüquqlarından gedir. Bütün beynəlxalq konvensiyalar söz və fikir azadlığının digər insanların azadlığını pozmayana qədər keçərli olduğunu bildirirlər.

Amma digər şəxslərin cəmiyyətdə hüquq və maraqları tapdalanırsa, o zaman söz və fikir azadlığı bəhanəsi altında gizlənərək cinayət əməlləri törədən dınaqarası media resurslarına qarşı sərt tədbirlər həyata keçirilməlidir”.


Müəllif: Rəqsanə Həsənova