4 Avqust 2022 23:28
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın “Daily İttehad”, “İslamabad Post” qəzetlərində, “Pakistan Economic Net”, “Diplomatic News Agency”, “Gulf Observer” xəbər agentliklərində, eləcə də Centreline jurnalının veb səhifəsində Azərbaycan Müdafiə Nazirliyinin “Qisas” cavab əməliyyatı haqqında rəsmi məlumatı yayımlanıb.

Teleqraf.com xəbər verir ki, bəhs olunan məqalələrdə Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin 2020-ci il 10 noyabr tarixli Bəyanatının müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətdikləri bildirilib.

Həmçinin, Azərbaycan Ordusu bölmələrinin isə keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldüyü diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər