5 Avqust 2022 21:14
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistan Xarici İşlər Nazirliyi Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumu qəti şəkildə pisləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan XİN bəyanat yayıb.

“Diplomatik nümayəndəliklərin üzvlərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan istənilən hərəkəti qətiyyən yolverilməz hesab edirik. Biz bu insidentin hərtərəfli araşdırılmasına və hücumda əli olanların hamısının məsuliyyətə cəlb edilməsinə çağırırıq. Özbəkistan tərəfi xaricdəki vətəndaşlarının təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsində qardaş Azərbaycana dəstəyini ifadə edir”, - məlumatda deyilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər