4 Dekabr 2014 12:05
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin (MM) Sosial siyasət komitəsinin, BMT-nin Uşaq Fondunun (UNİCEF) və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) birgə təşkilatçılığı ilə bu saatlarda parlamendə “İnsan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunun monitorinqi ilə bağlı ictimai dinləmələr keçirilir.

Teleqraf.com-un verdiyi məlumata görə, MM-in Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xatırladıb ki, parlament tərəfindən qəbul olunan qanunların monitorinqi və bununla bağlı ictimai dinləmələrin təşkil olunması artıq ənənə halını alıb. Onun sözlərinə görə, bu, ümumiyyətlə, MM-in yeni iş metodlarından biridir: ““Bu monitorinqlər, ictimai dinləmər vasitəsi ilə qəbul etdiyimiz qanunların günün reallıqlarına uyğun olduğunu görmək, eyni zamanda, hansısa noqsanlar varsa, onları müəyyənləşdirmək, hansısa boşluqlar varsa, onları doldurmaq istəyirik. Əslində burada son məqsəd Azərbaycan əhalisinin sosial müdafiəsini bir az da gücləndirməkdir. Bunun özü də cənab Prezidentin istəyindən və tələbindən irəli gəlir”.

Komitə sədri qeyd edib ki, bu qanunu xeyli müzakirə edildikdən sonra qəbul edilib: “ Onu da deyim ki, postsovet məkanında ilk olaraq Azərbaycanda belə bir qanun qəbul olunub. Sonradan bu qanuna bəzi əlavələr və dəyişikliklər edilməsi zərurəti ortaya çıxdı. Ancaq biz belə qərara gəldik ki, tam yeniləşdirilmiş qanun layihəsi hazırlayaq və qəbul edək. Məhz belə də oldu. Yeri gəlmişkən xatırladım ki, bu qanun 2010-cu ilin iyun ayının 18-də Avstriyanın paytaxtı Vyana şəhərində 25 min insanın qatıldığı böyük bir tədbirin müzakirəsinə çıxarıldı və o, model qanun kimi bəyənildi”.

Nemət


Müəllif:

Oxşar xəbərlər